Accessibility links

Rusiya Ukraynanın enerji obyektlərinə yeni hücumlar edib


Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə alaraq, bir gecədə çox sayda raket zərbələri endirib. Bu arada Rusiya hava hücumundan müdafiə sistemlərinin Krasnodar vilayətinin cənubunda 60-dan çox Ukrayna dronunu vurduğunu bildirib.

Ukrayna hava qüvvələri şənbə günü bildirib ki, Rusiya gecə Ukraynaya 34 raket atıb, onlardan 21-i Urkaynaın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Energetika naziri Herman Haluşçenko Telegram kanalında yazıb ki, ölkənin cənubunda Dnipropetrovsk və İvano-Frankivskdə, qərbdə isə Lvivdə enerji obyektləri hücuma məruz qalıb və bir mühəndis yaralanıb.

Özəl enerji operatoru DTEK, təfərrüatlara varmadan dörd termal elektrik stansiyasının zədələndiyini və "həlak olanların" olduğunu bildirib.

Bu ayın əvvəlində Rusiya Ukraynanın enerji obyektlərini hədəf alan kütləvi raket və dron hücumlarında Ukraynanın ən böyük elektrik stansiyalarından birini dağıdıb, digərlərinə ziyan vurub.

Ukrayna bu cür hücumların qarşısını almaq üçün Qərb müttəfiqlərindən daha çox hava hücumlarından müdafiə sistemləri istəyib. ABŞ-ın müdafiə naziri Lloyd Autin cümə günü Ukrayna Müdafiəsinin Təmas Qrupunun iclasında ABŞ-ın Ukraynanı hava hücumundan müdafiə sistemləri üçün əlavə sursat və avadanlıqla təmin edəcəyini elan edib.

Ölkənin şərqində isə Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri Xarkivə raket hücumu nəticəsində bir psixiatriya xəstənasına ziyan dəyib, bir nəfər yaralanıb. Hadisə yerində çəkilən şəkillərdə xəstəxananın ərazisində nəhəng kraterin yarandığı, pasientlərin isə korridorlarda sığındığı göstərilib. Bölgə qubernatoru Oleh Sınehubov bildirib ki, 53 yaşlı bir qadın xəsarət alıb.

Rusiyada isə müdafiə nazirliyi bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri ölkənin cənubundakı Krasnodar regionu üzərində 66 dronu vurub. Moskvanın ilhaq etdiyi Krım Yarımadası üzərində də daha iki dron vurulub.

Krasnodar regionunun qubernatoru Veniamin Kondratyev deyib ki, Ukrayna qüvvələri neft emal zavodu və infrastruktur obyektlərini hədəf alıb, amma tələfat və ya ziyan qeydə alınmayıb. Fövqəladə Vəziyyətlər Nazirliyinin bölgə üzrə idarəsi Slavyansk-na-Kubaninə Slavyansk neft emalı zavodunda hücum zamanı yanğın çıxdığını bildirib.

Ukrayna rəsmiləri adətən Rusiya torpağına hücumlarla bağlı şərh verməkdən imtina edir, amma Ukrayna Enerji Nazirliyi şənbə günü bildirib ki, Krasnodar regionunda iki neft emalı zavoduna dron zərbəsi endirilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG