Accessibility links

BBC: Britaniya əsgərləri Qəzzaya yardım çatdıra bilər


BBC şənbə günü xəbər verib ki, Britaniya qoşunlarına Qəzzaya hazırda ABŞ ordusu tərəfindən inşa edilən estakadadan yardım çatdırmaq tapşırığı verilə bilər. Britaniya hökumətinin rəsmiləri xəbərlə bağlı şərh verməyi rədd edib.

BBC-nin məlumatına görə, Britaniya hökuməti yardımı estakadadan üzən bir keçidlə sahilə daşıyacaq yük maşınlarını sürmək üçün oraya qoşun göndərməyi nəzərdən keçirir. BBC adını açıqlamadığı hökumət mənbələrinə istinad edərək bildirib ki, hələlik, heç bir qərar verilməyib və təklif Baş nazir Rişi Sunaka təqdim edilməyib.

Xəbər ABŞ ordusunun yüksək vəzifəli rəsmisinin cümə axşamı “yerdə heç bir amerikalı əsgərin” olmayacağını və yük maşınlarını sahilə sürmək üçün başqa bir ölkənin personal təmin edəcəyini deməsindən sonraya təsadüf edir. Adının anonim qalması şərtilə danışan rəsmi üçüncü ölkəni müəyyən etməyi rədd edib.

Britaniya onsuz da artıq estakadanın inşası üçün logistik dəstək verir ki, buna layihə üzərində çalışan yüzlərlə ABŞ əsgəri və dənizçisin qalması üçün Kral Hərbi Dəniz Qüvvələri gəmisini təmin etməsi daxildir.

Bundan əlavə Böyük Britaniya Müdafiə Nazirliyi cümə günü bildirib ki, Britaniya hərbi planlaşdırıcıları ABŞ-ın Florida və Kiprdəki Mərkəzi Komandanlığına yerləşdirilib və yardım Qəzzaya göndərilməzdən əvvəl bir neçə həftə boyunca orada yoxlanılacaq.

Birləşmiş Krallığın Hidroqrafika İdarəsi həmçinin estakadanın inşasına yardım etmək məqsədilə ABŞ-la Qəzza sahilinin təhlilini paylaşıb.

“Bizim Qəzza xalqına əyati əhəmiyyət kəsb edən humanitar yardımın çatdırılması üçün daha çox marşrut yaratmalıyıq və Birləşmiş Krallıq ABŞ və başqa beynəlxalq müttəfiqlərimiz və tərəfdarşlarımızla koordinasiya edərək, dəstəyin çatdırılmasına aparıcı ro oynayır,” müdafiə naziri Qrant Şapps bəyanatında bildirib.

Qəzzada liman və estakadanın inkişafı İsrail fələstinli əraziyə yardımın yavaş axını səbəbilə beynəlxalq tənqidlə üzləşdiyi bir vaxta təsadüf edir. BMT Qəzza əhalisinin ən azından dörddə birinin aclıq astanasında olduğunu bildirir.

İsrail-HƏMAS müharibəsi HƏMAS-ın oktybarın 7-də İsrailin cənubuna terror hücumu edərək, əksəriyyəti mülki vətəndaş olmaqla, 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürməsindən sonra başlayıb. İsrail deyir ki, militantlar hələ də 100-ə yaxın insanı, habelə 30-dan çox cəsədi girov saxlayır. HƏMAS-ın idarə etdiyi Qəzzada səhiyyə nazirliyinin verdiyi məlumata görə, o zamandan bəri İsrailin hava və qurudan hücumları nəticəsində 34 mindən çox fələstinli öldürülüb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG