Accessibility links

Blinken Qəzza və regional təhlükəsizliklə bağlı danışıqlar aparmaq üçün Yaxın Şərqə səfər edir


ABŞ Dövlət katibi Antoni Blinken. 22 mart, 2024.
ABŞ Dövlət katibi Antoni Blinken. 22 mart, 2024.

ABŞ dövlət katibi Antoni Blinken Qəzzaya humanitar yardım, müharibədən sonra fələstinli ərazilər üçün yol xəritəsi və Yaxın Şərqdə sabitlik və təhlükəziliklə bağlı regional danışıqlarda iştirak etmək məqsədilə bazar ertəsindən çərşənbə axşamınadək Ər-Riyadda səfərdə olacaq.

“Dövlət katibi Qəzzada girovların sərbəst buraxılmasını təmin edən atəşkəs əldə etmək üçün aparılan səyləri və fələstinli xalqla atəşkəs arasında HƏMAS-ın durduğunu müzakirə edəcək,” Dövlət Departamenti açıqlamasında bildirib.

Fars körfəzi ilə sərhəd bölüşən ərəb ölkələrindən ibarət regional alyans olan Körfəz Əməkdaşlıq Şurası gələn həftə Ər-Riyadda bir araya gələcək.

Blinken regional təhlükəsizliklə bağlı koordinasiyanı irəlilətmək üçün Şura nazirlərinin iclasında iştirak edəcək.

Bundan əlavə Səudiyyə Ərəbistanı bazar və bazar ertəsi günləri Ər-Riyada Dünya İqtisadi Forumunun xüsusi sessiyasına ev sahibliyi edəcək. Forumda iştirak edəcəyi gözlənilənlər arasında həm dövlət, həm də özəl sektorların icraçıları var. İclasın məqsədi bir sıra qlobal çətinlikləri, o cümlədən humanitar məsələləri, iqlim dəyişikliyini və iqtisadi narahatlıqları həll etməkdir.

Qəzza, müharibədən sonrakı yol xəritəsi

Qəzzada humanitar böhran ciddi olaraq qalır, baxmayaraq ki, gündəlik yardım çatdırılması artıb və İsrail humanitar yüklər üçün şimaldakı keçiddən və Aşdod limanından istifadə etməyə başlayıb.

Birləşmiş Ştatlar tərəfdaşları ilə əməkdaşlıq edərək dəniz yolu ilə humanitar dəhliz inkişaf etdirir. Ancaq Qəzzanın bütöv əhalisi aclıq və qida çatışmazlığı riski ilə üzləşdiyi üçün bu səylər yetərli deyil.

ABŞ rəsmiləri bildirib ki, Vaşinqton həmçinin İsraillə yanaşı mövcud olan Fələstin dövlətinin yaranmasına yönəlmiş praktiki addımlar vasitəsilə həm israillilər həm də fələstinlilər üçün davamlı sülh və təhlükəsizliyi inkişaf etdirməyə sadiqdir.

“İordan çayının qərb sahili və Qəzza Fələstin Muxtariyyəti altında birləşdirilməlidir. Yenidən canlanmış Fələstin Muxtariyyəti həm İordan çayının qərb sahilində, həm də Qəzzada Fələstin xalqı üçün nəticələr əldə etmək və sabitlik üçün şərait yaratmaq üçün vacibdir,” Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə yardımçısı Barbara Lif bu yaxınlarda Dövlət Departamentində keçirilən brifinqdə deyib.

Vaşinqton həmçinin açıq şəkildə bilridib ki, belə bir idarəçilikdə HƏMAS-ın heç bir rolu olmamalıdır.

Ancaq analitiklər ABŞ-ın bu görüşü qarşısında çoxlu maneələrin olduğunu deyirlər.

Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maykl Hanna deyib ki, İsrailin hazırkı hökuməti “iki-dövlətli həll yolu ideyasını tamamilə rədd edir.” Bundan əlavə “fiziki reallıq 1967-ci ildən bəri o qədər kəskin dəyişib ki, bu, bitişik Fələstin dövlətinin mövcud olmaq ehtimalını, demək olar ki, qeyri-mümkün edir.”

O deyib ki, Yaxın Şərq ölkələrinin Qəzza zolağının müharibədən sonra bərpasına sadiq olduqlarına dair “heç bir real zəmanət yoxdur.”

“Regiondakı bir çox tərəflərin hazırda müharibə davam etdiyi bir vaxtda siyasi baxımdan cəlb olunmağı çox çətindir,” o deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG