Accessibility links

Təbriz və Savədə dörd məhkum asılıb


Təbriz həbsxanası
Təbriz həbsxanası

Hüquq müdafiəçiləri İranda çərşənbə günündən bəri azı 11 məhkumun dar ağacından asıldığını bildirib. Edam hökmləri Təbriz, Savə, Kərəc, Ərak və Saqqız kimi şəhərlərdə icra edilib.

Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) və HRA agentliyinin yaydığı məlumata görə, Təbrizdə üç kişinin ölüm cəzası şənbə günü səhər saatlarında icra olunub.

Hüquq-müdafiə qurumları narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar asılan şəxslərin adlarını Söhrab Hökmabad, 36 yaşlı Əmir Məhərrəmi və 33 yaşlı Davud Namyari olaraq açıqlayıb. Edam edilən şəxslər ayrı-ayrı işlərdə mühakimə olunmuşdular.

Daha əvvəl 5 məhkumun cümə axşamı günü edam hazırlıqları üçün Təbriz həbsxanasının təkadamlıq kameralarına köçürüldüyünə dair məlumat yayılmışdı. Digər iki şəxsin hökmünün ləğv olunub və ya təxirə salındığına dair məlumat yayılmayıb. Onlar həbsxanadakı bölmələrinə geri göndəiliblər.

Savə şəhərində isə bir şəxs çərşənbə günü dar ağacından asılıb.

IHR təşkilatı Savədə asılan şəxsin 37 yaşlı Yavər Əminxah olduğunu açıqlayıb. Əminxad da narkotik qaçaqmalçılıqla əlaqədar edama məhkum olunmuşdu.

Hüquq-müdafiə qurumu çərşənbə günündən bəri Saqqız, Ərak və Kərəc şəhərlərində edam edilən şəxslərin daha əvvəl narkotik qaçaqmalçılıq və qətl aktı ilə əlaqədar mühakimə olunduqlarını bildirib. Kərəc şəhərində asılanlardan birinin qadın olduğu açıqlanıb.

Son dörd ildə İranda xüsusilə narkotik qaçaqmalçılığı ilə əlaqədar edamların sürətlə artdığı bildirilir. IHR təşkilatı 2023-cü ildə İranda həmin ittihamla əlaqədar 471 şəxsin edam edildiyini müəyyənləşdirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG